HƏMAS iddia edir ki, İsrail Tehranda reyd zamanı siyasi lideri İsmayıl Haniyəni öldürüb
HƏMAS iddia edir ki, İsrail Tehranda reyd zamanı siyasi lideri İsmayıl Haniyəni öldürüb

HƏMAS iddia edir ki, İsrail Tehranda reyd zamanı siyasi lideri İsmayıl Haniyəni öldürüb.

“BBC”nin məlumatına görə, İsmayıl Haniyə dünən İran prezidenti Məsud Fezeşkianın andiçmə mərasimində iştirak edib.

HƏMAS-ın nümayəndəsi Sami Əbu Zuhri İsraillə açıq müharibədə olduqlarını və istənilən qiyməti ödəməyə hazır olduqlarını bildirib.

İsrail hələlik insidentlə bağlı şərh verməyib.

Bu arada İran İslam İnqilabı Keşikçiləri Korpusu Tehranda İsmayıl Haniyənin vəfatından kədərləndiyini bildirir. Açıqlamada bildirilir ki, İran hadisəni araşdırır.

“Həmas”ın siyasi lideri İsmayıl Haniyə sonuncu dəfə dünən İran prezidentinin andiçmə mərasimində ictimaiyyət qarşısına çıxıb. O, İranın yeni seçilmiş prezidenti Məsud Fezeşkian və ruhani lider Ayətullah Əli Xamenei ilə görüşüb. Məlumatlara görə, bu görüşdə İranın yeni seçilmiş prezidenti ona İranın Fələstin xalqının yanında olmağa davam edəcəyini bildirib.