Gürcüstanın media komandası beynəlxalq turnirdə üçüncü yeri tutdu #1TVSPORT
Gürcüstanın media komandası beynəlxalq turnirdə üçüncü yeri tutdu #1TVSPORT

Gürcüstanın media komandası Moldovanın paytaxtı Kişinyovda beynəlxalq media turnirində oynadı və çıxışı üçüncü yerdə tamamladı.

Komandamız birinci turda ənənəvi olaraq turnirin favoriti sayılan, ev sahibi olan Moldovanın güclü komandası ilə çətin oyun keçirdi (son illərdə onlarda prinsipial qarşıdurma var) və böyük hesabla 3:0 ilə məğlub etdi. İş ondadır ki, bu komandada çox vaxt futbolçuları oynadırlar. Qolları Zura Makaradze, İrakli Sixarulidze və Qiorqi Qurabanidze vurdu.

Gürcü jurnalistlər Ermənistana qarşı dramatik və gərgin keçən ikinci matçda son saniyədə vurduqları qolla (Qiorqii Qurabanidze, Zura Makaradze) 2:1 hesabı ilə qalib gəldi, hərçənd, qrupun Rumıniya ilə son görüşünü 2:2 hesabı ilə tamamladılar və yarımfinala keçdilər.

Təəssüf ki, komandamız yarımfinalda Azərbaycana 2:4 hesabı ilə məğlub oldu. Üçüncü yer üçün matçda İsrailə 2:1 hesabı ilə qalib gəldi və turniri üçüncü yerdə tamamladı.