Gürcüstanın Xarici İşlər Nazirliyi Cenevrə danışıqlarının 45-ci raundu ilə bağlı bəyanat yayır
Gürcüstanın Xarici İşlər Nazirliyi Cenevrə danışıqlarının 45-ci raundu ilə bağlı bəyanat yayır

Xarici İşlər Nazirliyi oktyabrın 9-10-da Cenevrədə keçirilən beynəlxalq danışıqların 45-ci raundu ilə bağlı bəyanat yayır.

İdarənin məlumatına görə, danışıqların 45-ci raundu çərçivəsində əsas aksent insindentlərin prevensiyasına və onlara reaksiya mexanizmləri üzrə effektiv çalışmanın təmin edilməsinə yetirildi. Görüşdə həmçinin, Arçil Tatunaşvili, Giqa Otxozoria və Davit Başaruli məsələləri ilə bağlı qanunun yerinə yetirilməsi zərurəti müzakirə edildi.

ABŞ, Avropa İttifaqı və Gürcüstan nümayəndələri qeyd etdilər ki, Rusiya Federasiyası Avropa İttifaqının vasitəçiliyi ilə 2008-ci ilin avqustun 12-də qoyulan atəşkəs haqqında razılaşmayı qəti şəkildə pozur və əsgərlərini Gürcüstan ərazisindən çıxardmır. İştirakçılar Rusiya Federasiyası tərəfindən Abxaziya və Canubi Osetiya regionlarının işğalının davam etdirilməsindən həddindən çox narahat olduqlarını bildirdilər.

“İşğal xəttində sünii baryerlərin və dəmir çəpərliklərin qoyulması faktı da sərt şəkildə qınandı”.

Gündəmdə olan əsas mövzulardan biri həmçinin, regionda mövcud olan etnik diskriminasiyadır, hansı ki, orada yaşayan gürcüləri, ya rayonu tərk etməyə, ya da başqa millət olaraq, qeydiyyatdan keçməyə məcbur edir. Həmçinin, Qali və Axalqori gürcü məktəblərində təhsilin gürcü dilində verilməsi qadağanı da vurğulandı.

Danışıqların növbəti raundu 2018-ci ilin 11-12 dekabrında baş tutacaq.