Gürcüstanın Gənc Hüquqşünaslar Assosiyasiyası- Gürcü qeyri-hökumət təşkilatları konstitusiya və Avropa məhkəmələri üçün iddia hazırlayırıq
Gürcü qeyri-hökumət təşkilatları Konstitusiya Məhkəməsinə təqdim etmək üçün iddia hazırlayırıq, eyni zamanda Avropa İnsan Haqları Məhkəməsinə iddia təqdim etməyə hazırlaşırıq -bu haqda Gürcüstanın Gənc Hüquqşünaslar Assosiyasiyasının yaydığı bəyanatda deyilir.
“Biz bəyan edirik ki, rus qanununun qaydaları ilə yaşamayacağıq və qanunun qeyd-şərtsiz ləğv edilməsinə qədər onun fəaliyyətinə mane olmaq üçün bütün daxili və beynəlxalq mexanizmlərdən istifadə edəcəyik. Bunun üçün Gürcüstanın Konstitusiya Məhkəməsinə təqdim etmək üçün iddia hazırlayırıq və yaxın vaxtlarda ona müraciət edəcəyik. Konstitusiya Məhkəməsi konstitusiyanın verdiyi səlahiyyətlər çərçivəsində fəaliyyət göstərə və qanunun müvafiq maddələrinin fəaliyyətini dayandıra bilər.
Lakin, Konstitusiya Məhkəməsini hüquqi mübarizəmizin yeganə yolu hesab etmirik. Konstitusiya Məhkəməsi vaxtında və konstitusiya çərçivəsində hərəkət etməsə, alternativ hüquqi mexanizmdən istifadə edəcəyik. Eyni zamanda, müvafiq zamanda müraciət edəcəyimiz Avropa İnsan Haqları Məhkəməsinə iddia təqdim etməyə hazırlaşırıq. Bütün qeyri-hökumət təşkilatları və media bu mübarizənin iştirakçısı ola və bizə qoşula bilər” – deyə bəyanatda deyilir.