Gürcüstanda vaksinasiya sadəcə çox-profilli klinikalarda keçiriləcək
Gürcüstanda vaksinasiya sadəcə çox-profilli klinikalarda keçiriləcək

Gürcüstanın Səhiyyə Nazirinin müavini Tamar Qabuniyanın bəyanatına görə, koronavirusa qarşı vaksina peyvəndi sadəcə çox profilli klinikalarda ediləcək.

Bu qərar vaksinasiya prosesinin təhlükəsizliyi üçün verildi.

Tamar Qabunia gənc tibb bacısının ölümü ilə bağlı qeyd etdi ki, çox ağır bir fakt baş verdi, ancaq vaksinasiyanın yan effektləri, onun verdiyi xeyrdən çox daha azdır.

Qanunianın dediyinə görə, vaksinasiya prosesi davam edəcək.

“Dünən həlak olan pasientin anafilaksiya reaksiyası oldu. Bunun vaksina ilə əlaqəsi ola bilər və risklərin azaldılması və vaxtında gərəkən yardımın edilməsi üçün vaksinasiya prosesi çox profilli və reanimasiya bölmələri olan klinikalarda keçirilməlidir.