Gürcüstanda son 24 saat ərzində koronavirusdan 17 pasiyent vəfat etdi
Gürcüstanda son 24 saat ərzində koronavirusdan 17 pasiyent vəfat etdi

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 17 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 4 043-ü təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 1 578 halı qeydə alındı, 909 pasiyent müalicə olunaraq sağaldı.

Xatırladaq ki, dünən Gürcüstanda koronavirusa yoluxmanın 521  halı qeydə alındı, 1 058 pasiyent müalicə olunaraq sağaldı, 18 pasiyent vəfat etdi.