Gürcüstanda koronavirusun 988 yeni halı qeydə alındı, 1 595 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 988 yeni halı qeydə alındı, 1 595 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 988 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 312 445 halı təsdiq olunub. Buradan 293 052 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 595 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha on pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 4 151-ə çatdı.

Karantin rejimində 91 vətəndaş, stasionarda müşahində altında 4 040 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 800 insan qalmaqdadır.

Bir may göstəricilərilə, Gürcüstanda koronavirusun 1 147 yeni halı aşkar edildi, 690 pasiyent müalicə olunaraq sağaldı.