Gürcüstanda koronavirusun 818 yeni halı qeydə alındı, 783 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 818 yeni halı qeydə alındı, 783 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 818 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 295 358 halı təsdiq olunub. Buradan 280 915 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 783 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 14 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 939-a çatdı.

Karantin rejimində 310 vətəndaş, stasionarda müşahində altında 2 982 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 439 insan qalmaqdadır.