Gürcüstanda koronavirusdan sağalan pasiyentlərin sayı 54-ə qədər artıb
Gürcüstanda koronavirusdan yenə iki pasiyent sağaldı.
Bu haqda məlumat stopcov.ge veb-səhifəsində yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, bu vaxt üçün Gürcüstanda koronavirusun 230 halı qeydə alınıb, sağalan pasiyentlərin sayı isə, 54-dür.
Karantin rejimində 4908 vətəndaş qalır, stasiyonarlarda isə, – 430.