Gürcüstanda koronavirusdan sağalan pasiyentlərin sayı 48-ə qədər artdı
Gürcüstanda koronavirusdan yenə iki pasiyent sağaldı.
Bu barədə məlumat Gürcüstan höküməti tərəfindən yaradılan xüsusi veb-səhifədə, stopcov.ge-də yayıldı.
Veb-səhifənin məlumatına görə, bu vaxt üçün Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 208-ə çatdı.
Yoluxan pasiyentlərdən 48 nəfər sağaldı. Üç pasiyent həyatını itirdi.
Karantin rejimində 4682 vətəndaş, stasiyonarlarda isə, – 375 vətəndaş qalır.