Gürcüstanda koronavirusdan yenə bir pasiyent sağaldı.
Bu barədə məlumat iqtidar tərəfindən yaradılan xüsusi veb-səhifə stopcov.ge-də yayıldı.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda koronavirusun 195 halı qeydə alındı, onların arasında 46 pasiyent sağaldı.
Koronavirusdan üç nəfər həlak oldu.
Karantin rejimində 4708 vətəndaş var, stasiyonarlarda isə, – 370.