Gürcüstanda koronavirusa 897  yeni yoluxma  halı qeydə alınıb, 196 nəfər sağalıb
Gürcüstanda koronavirusa 897  yeni yoluxma  halı qeydə alınıb, 196 nəfər sağalıb

Gürcüstanda koronavirusa 897  yeni yoluxma  halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb-səhifəsində stopcov.ge-də bir az bundan əvvəl yenilənib.

Son 24 saat ərzində ölkədə 196 nəfər sağalıb. Son bir gündə 10 pasiyent dünyasını dəyişib. Son 24 saat ərzində ölkədə 24.592  ədəd  test aparılıb, onlardan   18.536 -sı antigen sürətli testi, 6.056 -sı isə  PCR testi olub.  

Xəstəliklərə nəzarət üzrə Milli Mərkəzin rəhbəri bildirir ki,  vəziyyətin pisləşməsi halında məhdudiyyətlərin sərtləşdirilməsi istisna edilmir. Mütəxəssislər əhalini bir daha peyvənd olunmağa çağırırlar və bildirirlər ki, pandemiyanın sona çatmasının yeganə yolu bir tək imunizasiyadır.