Gürcüstanda koronavirusa 687  yeni yoluxma  halı qeydə alınıb, 327  pasiyent sağalıb
Gürcüstanda koronavirusa 687  yeni yoluxma  halı qeydə alınıb, 327  pasiyent sağalıb

Gürcüstanda koronavirusa 687  yeni yoluxma  halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb-səhifəsində stopcov.ge-də bir az bundan əvvəl yenilənib.

Son 24 saat ərzində ölkədə 327  nəfər sağalıb. Son bir gündə 8 pasiyent dünyasını dəyişib. Son 24 saat ərzində ölkədə 27 713  ədəd  test aparılıb, onlardan   17.490-ı  antigen sürətli testi, 10.223-ü isə  PCR testi olub.

İmmunizasiya üzrə Texniki Məsləhətçilərin  Milli  Qrupunun rəhbəri İvane Çxaidze üçüncü dalğanın təhlükəsindən danışır və əhalini bir daha tövsiyyələrə əməl etməyə çağırır. Onun sözlərinə görə, növbəti  həftələrdə artım tendensiyası  qorunub-saxlanılsa, bu yaxınlarda   ləğv edilən məhdudiyyətlərin yenidən qüvvəyə minməsi zərurətə çevriləcək.