Gürcüstanda koronavirusa 359  yeni yoluxma  halı qeydə alınıb, 526 pasiyent isə sağalıb
Gürcüstanda koronavirusa 359  yeni yoluxma  halı qeydə alınıb, 526 pasiyent isə sağalıb

Gürcüstanda koronavirusa 359  yeni yoluxma  halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb-səhifəsində stopcov.ge-də bir az bundan əvvəl yenilənib.

Son 24 saat ərzində ölkədə 526 nəfər sağalıb. Son bir gündə 6 pasiyent dünyasını dəyişdi.

Son 24 saat ərzində ölkədə 13 685  ədəd  test aparılıb, onlardan   7 795-i antigen sürətli testi, 5.890-ı  isə  PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 2.62%, son 14 günün göstəricisi- 2.31%, son 7 günün göstəricisi isə  2.51%