Gürcüstanda bu vaxt üçün koronavirusun 394 halı təsdiq olunub, buradan 86 pasiyent sağalıb
Gürcüstanda koronavirusun daha altı yeni halı aşkar edildi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Vebsəhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 394 halı təsdiq olunub, buradan 86 pasiyent sağalıb.
Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın üç vətəndaşı gətirilib.
Koronavirus nəticəsində ölkədə dörd pasiyent həlak olub.
Karantin rejimində 5094 vətəndaş, sationarda müşahində altında 547 vətəndaşdır.