Gürcüstanda bu vaxt üçün koronavirusun 385 halı qeydə alındı, onların arasından 84 nəfər sağalıb
Gürcüstanda koronavirusun 15 yeni halı qeydə alındı.
Bu haqda məlumat Gürcüstan iqtidarı tərəfindən, koronavirusla mübarizə tədbirləri çərçivəsində yaradılan xüsusi veb-səhifə stopcov.ge-də yeniləndi.
Müvafiq olaraq, bu vaxt üçün Gürcüstanda koronavirusun 385 halı qeydə alınıb. Onların arasında 84 nəfər sağalıb.
Virusdan ölənlərin sayı 3-dür.
Xarici ölkədən müalicə üçün üç Gürcüstan vətəndaşı gətirilib.
Karantin rejimində 5053, stasiyonarlarda isə, – 527 nəfər qalır.