Gürcüstanda bu vaxt üçün koronavirusun 336 halı qeydə alındı, onların arasında 74 nəfər sağalıb
Gürcüstanda koronavirusun 30 yeni halı qeydə alındı.
Bu haqda məlumat Gürcüstan iqtidarı tərəfindən, koronavirusla mübarizə tədbirləri çərçivəsində yaradılan xüsusi veb-səhifə stopcov.ge-də yeniləndi.
Müvafiq olaraq, bu vaxt üçün Gürcüstanda koronavirusun 336 halı qeydə alınıb. Onların arasında 74 nəfər sağalıb.
Virusdan ölənlərin sayı 3-dür.
Xarici ölkədən müalicə üçün üç Gürcüstan vətəndaşı gətirilib.
Karantin rejimində 5000, stasiyonarlarda isə, – 494 nəfər qalır.