Gürcüstanda bu gündən havalar pisləşəcək
Gürcüstanda bu gündən havalar pisləşəcək

Bu gündən 28 aprelə qədər Gürcüstanda vaxtaşırı yağış, bəzi yerlərdə güclü, gözlənilir. Məlumatı Ətraf Mühitin Milli Agentliyi yayır.

Elə onların məlumatına görə, qeyd olunan dövrdə şimşək, dolu, güclü külək, dənizdə 3-4 ballıq fırtına gözlənilir.

“Gözlənilən güclü yağış və qar, Gürcüstanda kiçik çaylarda suyun səviyyəsinin artmasına, ölkənin dağlıq zonalarında qar uçqunlarının formalaşmasına səbəb olması mümkündür”, – Ətraf Mühitin Milli Agentliyinin məlumatında deyilir.