Gürcüstan yığması Latviya ilə matç üçün hazırlığa başladı
Gürcüstan yığması Latviya ilə matç üçün hazırlığa başladı

Millətlər Liqasında Qazaxəstan ilə qələbədən (2:0) sonra, Gürcüstan yığması Tbilisiyə döndü və turnirin ikinci görüşü üçün hazırlığa başladı.

Vladimir Vays “Zestaponinin” Tbilisi Dənizi bazasında komandanı məşq etdi.

Gürcüstan və Latviya yığmaları matça qədər son məşqlərini sentyabrın 8-də keçirəcəklər. Futbol Federasiyası komandanın hazırlıq cədvəlini dərc etdirdi:

Saat 17.00 – Gürcüstan yığmasının baş məşqçisinin mətbuat konfransı;

Saat 20.00 – Gürcüstan yığmasının məşqi;

Saat 18:45 – Latviya yığmasının baş məşqçisinin mətbuat konfransı;

Saat 19.00 – Latviya yığmasının məşqi.

Pərəstişkarlar biletləri www.tkt.ge və “Dinamo Arena” kassalarında əldə edə bilərlər.

Gürcüstan və Latviya arasında görüş sentyabrın 9-da saat 20:00-da başlayacaq. Matçın birbaşa telereportajını Birinci Kanal təqdim edəcək.