Gürcüstan yığması Avro 2024-də üç komanda statistik komponenti üzrə liderdir #1TVSPORT
Gürcüstan yığması Avro 2024-də üç komanda statistik komponenti üzrə liderdir #1TVSPORT

 
UEFA-nın rəsmi veb saytında yerləşdirilən məlumata əsasən, Gürcüstan yığması Avro-2024-də üç komanda statistik komponenti üzrə liderdir.

Vili Saniolinin çalışdırdığı komandatopun ələ keçirilməsi (55) ilə birincidir. Həmçinin, geri qaytarılan topların (134) və qapıçının dəf etdiyi topların (20) sayına görə hamını üstələyir.

Xatırladırıq ki, Avro-2024-ün qrup mərhələsindən sonra üç qol və bir məhsuldar ötürmə ilə Qiorqi Mikautadze bombardirlərin başında dayanır.

Gürcüstan milli komandası Avropa çempionatının 1/8 final mərhələsində İspaniya ilə qarşılaşacaq. Oyun Kölndə, iyunun 30-da Tbilisi vaxtı ilə saat 23:00-da başlayacaq.