Gürcüstan vətəndaşları İsraildə qanuni şəkildə işləmək üçün bu gündən etibarən qeydiyyatdan keçə biləcəklər
Gürcüstan vətəndaşları İsraildə qanuni şəkildə işləmək üçün bu gündən etibarən qeydiyyatdan keçə biləcəklər

Gürcüstan vətəndaşları İsraildə qanuni şəkildə işləmək üçün bu gündən etibarən qeydiyyatdan keçə biləcəklər. Gürcüstan vətəndaşlarının İsraildə leqal şəkildə işlə təmin olunmalarını İsrail dövləti və Gürcüstan hökuməti arasında bağlanılmış razılaşma nəzərdə tutur.

Məşğulluğun Təşviqi üzrə Dövlət Agentliyindən verilən məlumata görə, iş axtaran şəxslər  ilkin qeydiyyatdan səhiyyə xüsusi qeydiyyat portalından keçəcəklər. Agentlikdən bildirilib ki, İsrail əmək bazarında Gürcüstan vətəndaşları qanuni şəkildə bir il müddətinə işləyə biləcəklər. Uzunmüddətli qayğı müəssisələrində köməkçi işçi vəzifəsində işləmək mümkündür.

 İsrailin Gürcüstandakı səfiri, Ran Qidorun sözlərinə görə, razılaşma əsasında 1000-dək Gürcüstan vətəndaşı  İsrailə gedə və işləyə biləcək.