Gürcüstan və Yunanıstan yığmaları arasında keçiriləcək oyunun bütün biletləri satılıb #1TVSPORT
Gürcüstan və Yunanıstan yığmaları arasında keçiriləcək oyunun bütün biletləri satılıb #1TVSPORT

 
Avro-2024-ün seçmə mərhələsinin pley-off finalında Gürcüstan və Yunanıstan yığmaları arasında keçiriləcək oyunun bütün biletləri satılıb – məlumatı Futbol Federasiyasının mətbuat xidməti yayır.

Biletlərin satışına martın 23-ü saat 12:00-da başlanılıb və bütün biletlər beş saat ərzində satılıb. Yunanıstanda da biletlərin satışına start verilib – Tbilisidə keçiriləcək pley-off finalında yunan azarkeşlər komandalarını ruhlandıracaqlar, lakin neçə biletin satıldığı dəqiqləşdirilməyib.

AVRO-2024-ün pley-off finalında Gürcüstan və Yunanıstan yığmalarının görüşü martın 26-da “Dinamo Arena”da keçiriləcək, görüş saat 21:00-da başlayacaq. Gürcüstanın Birinci Kanalı və Gürcüstan Radiosu görüşün birbaşa reportajını təqdim edəcək.