Gürcüstan və İsveçrə arasında azad ticarət razılaşması mayın birində qüvvəyə minəcək
Gürcüstan və İsveçrə arasında azad ticarət razılaşması mayın birində qüvvəyə minəcək

Gürcüstan və İsveçrə arasında azad ticarət razılaşması mayın birində qüvvəyə minəcək.

Bu barədə məlumat İsveçrə iqtidarının veb-portalında yayıldı.

İsveçrə dünən Gürcüstan və Avropa azad ticarət asosiyasiyası (EFTA) arasında imzalanan sənədin qüvvəyə minməsi üçün gərəkən prosedurları başa çatdırdı.

İsveçrə iqtidarının məlumatına görə, sənəd ölkələr arasında ticarət əlaqələrinin fəallaşmasına yol acacaq.

Məsələn, İsveçrə pendiri, süd məhsulu və şokolad kimi məhsullara güzəştlər qoyulacaq.

2016-cı ilin iyunun 27-dən imzalanan sənəd artıq Gürcüstan, Norvegiya və İslandiya üçün qüvvədədir.