Gürcüstan prezidenti Abxaziya müharibəsində döyüşən əsgərləri mükafatlandırdı
Gürcüstan prezidenti Abxaziya müharibəsində döyüşən əsgərləri mükafatlandırdı
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili vətəni qoruduqları üçün və Gürcüstanın birliyi uğrunda nümayiş etdirdikləri qəhramanlıq üçün, Abxaziya müharibəsində iştirak edən qəhramanları Vaxtanq Qorqasali ordenləri və medalları ilə təltif etdi.
Mükafatlandırma mərasimi veteranlar departamentində keçirildi.
“İllər sonra, ölkəmizin birliyi uğrunda döyüşən və həlak olan qəhramanlarımıza təşəkkür etmək istəyirəm. İstəyirəm ki, Gürcüstanın yeni nəsli onların nümünəsi ilə yetişsin. Çünki onları vətənə qarşı olan həqiqi sevgi və patriotıuq birləşdirirdi” – dedi Giorgi Marqvelaşvili.
Onların qəhramanlıqları bugünki ölkəmizin fundamenti və gücüdür.