Gürcüstan Patriarxlığı - diskreditasiyanın yeni dalğası planlaşdırılır, buna da dini şəxslər də qatılacaqlar
Gürcüstan Patriarxlığı - diskreditasiyanın yeni dalğası planlaşdırılır, buna da dini şəxslər də qatılacaqlar

Gürcüstan Patriarxlığı bəyanat yayır və bəyan edir ki, mövcud olan məlumata görə, diskreditasiyanın yeni dalğası planlaşdırılır və bunun yüksək dini vəzifəli şəxlərə aid olması mümkündür.

Bəyanatda qeyd olunubdur ki, müəyyən qüvvələr üçün Kilsə və Katalixos-Patriarxın yüksək nüfuzu və reytinqi qəbul edilməzdir.

“Müəyyən qüvvələr üçün Kilsə və Katalixos-Patriarxın yüksək nüfuzu və reytinqi qəbul edilməzdir. Onlar üçün həmçinin Kilsənin ailə müqəddəsliyinin müdafiəsi, ölkənin ərazi bütövlüyünün, milli və ənənəvi dəyərlərin müdafiəsi, gələcək nəsli qayğısına qalması, LGBT şəxlərin həyat tərzinin norma kimi bəyan edilməsinə, narkoliberallaşdırmanın düzgün olmayan, təhlükəli formasına və azərkeş oyunlarına və sair. qarşı çıxması, qəbul edilməzdir.

O da çox önəmlidir, çox çalışırlar ki, kilsəni siyasi oyunlara qatsınlar və istifadə etsinlər.

Göründüyü kimi, buna qədər həyata keçirilən hərəkətlər bəziləri üçün arzu olunan nəticəni vermədi və buna görə, bizim məlumatımıza görə, diskreditasiyanın yeni dalğası planlaşdırılır, buna da dini şəxslər də qatılacaqlar

 

Düşünürük ki, əslində bunun arxasında kimlərin durduğu tezliklə müəyyənləşdiriləcək.

Gürcüstan Pravoslav Kilsəsi isə, tanrının izni ilə, buna qədər də, indi də və gələcəkdə də tanrı və millətin xidmətində olacaq”, – bəyanatda deyilir.