Gürcüstan millisi "EuroBasket 2025"in seçmə mərhələsini Danimarka ilə oyunla açacaq - canlı reportaj Gürcüstanın Birinci Kanalında #1TVSPORT
Gürcüstan millisi "EuroBasket 2025"in seçmə mərhələsini Danimarka ilə oyunla açacaq - canlı reportaj Gürcüstanın Birinci Kanalında #1TVSPORT

 
Gürcüstanın basketbol komandası “EuroBasket 2025″in seçmə mərhələsinin ilk oyununu fevralın 23-də Danimarkada keçirəcək. Tbilisi vaxtı ilə saat 21:30-da başlayacaq qarşılaşmanın birbaşa translasiyasını İctimai Yayımçı Birinci Kanal və Gürcüstan Radiosu təqdim edəcək.

Bu, komandamızın seçmə mərhələsindəki ən vacib oyunu olacaq, çünki final mərhələsinə gedən yolda birbaşa rəqib məhz Danimarkadır. Qrupda dörd komanda var: Gürcüstan, Serbiya, Finlandiya və Danimarka. Finlandiya ev sahibidir və qrupdan çıxma zəmanəti var, lakin onunla nəticələr digər üç komandanın aktivinə sayılır. Dörd komandadan üçü növbəti mərhələyə keçir. Finlandiyanın ev sahibi statusunu nəzərə alaraq, üç komanda üçün iki seçmə yer qalır. Serbiya aşkar favorit olduğundan Gürcüstan millisinin əsas vəzifəsi qrupda Danimarkanı ötməkdir. Bu məqsədə çatmaq üçün isə Danimarkada qələbə həyatı önəm kəsb edir.

Gürcüstan

Gürcüstan millisi Danimarkaya əksikliklərlə yollanıb. Bildiyiniz kimi, Aleksandre Mamukelaşvili və Qoqa Bitadze komandamıza, eləcə də “NBA”in bütün avropalı oyunçuları öz komandalarına kömək edə bilmirlər. Hərçənd, daha 2 oyunçu– Duda Sanadze və Rati Andronikaşvili travma səbəbindən “Xaçlılar”a kömək edə bilməyəcəklər.

Danimarkada Gürcüstan millisinə yeni dəvət olunmuş amerikalı Cozef (Co) Tomason kömək edəcək, o, Avroliqanın “Maccabi ” klubuna keçib, lakin bu, onun Gürcüstana gəlməsinə mane olmayıb.

“Gürcüstanda hamı məni mehribanlıqla qarşıladı. Danimarkada keçiriləcək matçın əhəmiyyətini çox yaxşı bilirik və komanda ilə birlikdə qalib gəlməyə hazırlaşıram” – Tomsonun şərhi belə olub.

Gürcüstan millisi: Qiorqi Tsintsadze (TSU), Otar Pxakadze (Qurcaani), Qiorqi Oçxikidze (Kutaisi), Co Tomasoni (Makkabi, İsrail), Revaz Roqava (Batumi), Davit Kakuşadze (VSA), Nikoloz Qaprindaşvili (Kavkasia), Kaxa Cincharadze ( TSU), Tornike Şenqelia (Virtus, İtaliya), Aleksandre Pevadze (TSU), Beka Burcanadze (Coruna, İspaniya), Qiorqi Şermadini (Tenerife , İspaniya), Qiorqi Turdziladze (Qurcaani), Beka Bekauri (Qurcaani).

Danimarka

“Danimarka millisinin güclü komandası var. Bu pəncərədə oynamayacaq Şeyvon Şilds ilə danışdım, lakin klubdan yoldaşım İfe Lundberq komandada olacaq. O, yüksək səviyyəli arxa xətt oyunçusudur, məşqçilər onu zərərsizləşdirmək üçün müvafiq taktika üzərində işləyiblər”- Gürcüstan millisinin kapitanı Tornike Şenqelia açıqladı.

Danimarka millisi: Bakari Diba (Karlsrue, Almaniya), Ife Lundberq (Virtus, İtaliya), Silvester Berq (Baken, Danimarka), Sebastian Aris (Coruna, İspaniya), Adam Heede-Andersen (Varlose, Danimarka), İonas Zohore (Balkan, Bolqarıstan), Darko Yukiç (Baken, Danimarka), Frederik Dreyer Eriksen (Baken, Danimarka), Mads Bonde Sturup (San Sebastián Gipuzkoa BC, İspaniya), Kevin Larsen (Estudiantes, İspaniya), Qustav Knudsen (Baken, Danimarka), Marten Bulou (Randers, Danimarka), Conatan Klusman (La Roda, İspaniya), Tobias İensen (Ulm, Almaniya)