Gürcüstan millisi Avro-2024-də ilk tarixi oyununu bu gün Türkiyəyə qarşı keçirəcək #1TVSPORT
Gürcüstan millisi Avro-2024-də ilk tarixi oyununu bu gün Türkiyəyə qarşı keçirəcək #1TVSPORT

 
Gürcüstanın futbol yığması tarixdə yeni səhifəni bu gün açacaq – saat 20:00-da Avropa çempionatında ilk oyununu keçirəcək. Onun rəqibi Türkiyə millisi olacaq. Gürcüstanın Birinci Kanalı, Birinci Kanal İdman və Gürcüstan Radiosu canlı reportajları təqdim edəcək.

Matç Almaniyanın Dortmund şəhərində, “SIGNAL IDUNA PARK”da keçiriləcək. Hər iki komandanın çatışmazlıqları var. Monteneqro ilə yoldaşlıq oyununda əzələsindən zədə alan yarımmüdafiəçi Otar Kiteişvili Gürcüstan millisinə kömək edə bilməyəcək. Baş məşqçi Vili Sanioli ümid edir ki, Otar Çexiya ilə növbəti oyunda komandaya qayıdacaq.

“Otar Kiteişvili və Saba Kvirkvelianın vəziyyətinə gəlincə, Kvirkvelia oynamağa hazırdır, Kiteişvili isə türklərlə görüşü buraxacaq.
Toplantı zamanı da hiss etdim ki, emosional fon keçib və futbolçularımız fiziki, emosional və psixoloji cəhətdən Avropa çempionatında oynamağa hazırdırlar”- Gürcüstan millisinin baş məşqçisi Vili Sanioli qeyd edib.

Türklərin italiyalı məşqçisi Vinçentso Montela komandamız haqqında qısa danışıb:

“Almaniyada çoxsaylı azarkeşlərimizin qarşısında oynamaq böyük şərəfdir. Gürcüstan çətin rəqibdir. Bundan başqa, o, debüt matçında olduqca motivasiyalı olacaq. Bizi asan qarşılaşma gözləmir, sakit olmalıyıq və mütəşəkkil oynamalıyıq. Biz buraya arzumuzu gerçəkləşdirmək üçün gəlmişik. Bunun üçün hər şeyi verməliyik”.

Qarşılıqlı görüşlər

5 oyun, 1 qələbə, 1 heç-heçə, 3 məğlubiyyət

21 avqust 2002. Dostluq matçı. Türkiyə, Trabzon, Hüseyin Avni Aker stadionu. 30000

Türkiyə 3:0 Gürcüstan

Qollar: 1:0 Arif Erdem (8), 2:0 Cihan Haspolatlı (51),
Nihat Kahveci (71)

Türkiyə: Ömer Çatkıç (Zafer Özgültekin 46, Metin Aktaş 80), Bülent Korkmaz (Emre Aşık 46), Alpay Özalan (Ümit Özat 73), Ümit Davala (Fatih Akyel 60), Okan Buruk (Nihat Kahveci 46), Yıldıray Baştürk (Hasan Şaş 60), Tugay Kerimoğlu (Tayfur Havutcu 73), Emre Belözoğlu (Cihan Haspolatlı 46), Serhat Akın, Arif Erdem, Hakan Ünsal

Baş məşqçi: Mustafa Denizli

Gürcüstan: Qiorqi Lomaia, Levan Kobiaşvili, Qiorqi Şaşiaşvili, Edik Sacaia (Qela Şeğiladze 72), Qoqa Qaxokidze (Kaxi Kaladze 46), Levan Tskitişvili (Lado Burduli 46), Qiorqi Nemsadze (Qivi Didava 71), Qoça Camarauli, Qiorqi Demetradze (Aleksandre Amisulaşvili, 80), Qiorqi Kinkladze (Mamia Cikia, 46), Şota Arveladze

Baş məşqçi: Aleksandre Çivadze

Hakimlər: Nikolaos Aqelakis; Qeorqios Tarpanitsis, Dimitrios Bizatsidis (Yunanıstan)

 

 

4 sentyabr 2004. FIFA 2006 – təsnifat matçı. Türkiyə, Trabzon, Hüseyin Avni Aker stadionu. 10000

Türkiyə 1:1 Gürcüstan

Qollar: 1:0 Fatih Tekke (48), 1:1 Malxaz Asatiani (83)

Türkiyə: Rüştü Reçber, Serkan Balcı, Deniz Barış, İbrahim Toraman, Ümit Özat, Okan Buruk, Emre Belözoğlu, Hasan Şaş, Tuncay Şanlı (Gökdeniz Karadeniz 71), Fatih Tekke (Hüseyin Çimşir 71), Hakan Şükür (Nihat Kahveci 79)

Baş məşqçi: Ersun Yanal

Gürcüstan: Akaki Devadze, Kaxa Mjavanadze, Zurab Xizanişvili, Kaxi Kaladze, Otar Xizaneişvili (Qivi Kvaratsxelia 90), Levan Tskitişvili, Davit Kvirkvelia, Şota Arveladze, Qoça Camarauli, Aleksandre Rexviaşvili (Malxaz Asatiani 80), Qiorqi Demetradze ( Laşa Cakobia 75)

Baş məşqçi: Alen Jires (Fransa)

Xəbərdarlıq: Davit Kvirkvelia, Hakan Şükür, Hasan Şaş, Kaxi Kaladze, Otar Xizaneişvili, Nihat Kahveci, Okan Buruk, Laşa Cakobia

Oyundan uzaqlaşdırma: Hasan Şaş (59)

Hakimlər: Luis Medina Kantaliexo; Fermin İbanies Martines, Vitorio Karasko Xiraldez (İspaniya)

 

 

30 mart 2005. FIFA 2006 –təsnifat matçı. Tbilisi, Mixeil Mesxi. 20000

Gürcüstan 2:5 Türkiyə

Qollar: 0:1 Tolqa Seyhan (10), 1:1 Aleksandre Amisulaşvili (13), 1:2 Fatih Tekke (18), 1:3 Fatih Tekke (35), 2:3 Aleksandre İaşvili (40), 2:4 Mustafa Koray Avcı (71), 2:5 Tuncay Şanlı (88)

Gürcüstan: Akaki Devadze (Qiorqi Lomaia 21), Kaxa Mjavanadze, Otar Xizaneişvili (Laşa Salukvadze 19), Kaxi Kaladze, Aleksandre Amisulaşvili, Levan Tskitişvili (Lado Burduli 76), Malxaz Asatiani, Qoqita Qoqua, Levan Kobiaşvili, Aleksandre İaşvili, Mixeil Aşvetia

Baş məşqçi: Alen Jires (Fransa)

Türkiyə: Rüştü Reçber, Tolqa Seyhan, Mustafa Koray Avcı, İbrahim Toraman, Ümit Özat, Hamit Altıntop, Yıldıray Baştürk (Hüseyin Çimşir 46), Emre Belözoğlu, Gökdeniz Karadeniz, Necati Ateş (Tuncay Şanlı) Fatih Tekke (Halil Altıntop 87)

Baş məşqçi: Ersun Yanal

Xəbərdarlıq: Qoqita Qoqua, Mustafa Koray Avcı, Tolqa Seyhan, Rüştü Reçber, Qoqita Qoqua

Oyundan uzaqlaşdırma: Qoqita Qoqua (81)

Hakimlər: Terie Hoqq; Steinar Holvik, Arild Sundet (Norveç)

 

 

7 fevral 2007. Dostluq oyunu. Tbilisi, Boris Paiçadze adına Milli Stadion. 54500

Gürcüstan 1:0 Türkiyə

Qol: 1:0 David Siradze (76)

Gürcüstan: Nukri Revişvili (Qiorqi Lomaia 46), Qiorqi Şaşiaşvili, Laşa Salukvadze, Zurab Xizanişvili, Zaal Eliava, Lado Burduli (Mixeil Aşvetia 82), Zurab Menteşaşvili, Levan Tskitişvili, Davit Kvirkvelia (Qoqita Qoqua 66), Davit Siradze (Davit Muciri 77), Qiorqi Demetradze (Aleksi Benaşvili 87)

Baş məşqçi: Klaus Topmüller (Almaniya)

Türkiyə: Volkan Demirel, Hamit Altıntop, Servet Çetin, Aydın Toscalı, İbrahim Üzülmez, Sabri Sarıoğlu (Mehmet Topuz 62), Tugay Kerimoğlu (Gökhan Ünal 78), Mehmet Aurelio, Arda Turan (Tümer Metin 62), Tuncay Şanlı ( Gökdeniz Karadeniz 46), Halil Altıntop (Fatih Tekke 46)

Baş məşqçi: Fatih Terim

Xəbərdarlıq: Hamit Altıntop, Tugay Kerimoğlu, Sabri Sarıoğlu, Zurab Menteşaşvili, Servet Çetin, Qiorqi Lomaia, Tümer Metin

Hakimlər: Roman Laiuks; Serqeis Braqa, İanis Pukians (Latviya)

 

 

24 may 2012. Dostluq oyunu. Avstriya, Zaltsburq, “Red Bull Arena”. 700

Türkiyə 3:1 Gürcüstan

Qollar: 1:0 Hamit Altıntop (12), 2:0 Nuri Şahin (39), 2:1 Davit Tarqamadze (51), 3:1 Selçuk İnan (82, pen)

Türkiyə: Cenk Gönen (Fehmi Mert Günok 62), Egemen Korkmaz, İsmail Köybaşı, Mehmet Topal, Serdar Kurtuluş, Ömer Toprak, Nuri Şahin (Selçuk İnan 57), Hamit Altıntop (Caner Erkin 70), Mustafa Pektemek (Umut Bulut 61), Sercan Sararer, Gökhan Töre (Arda Turan 57)

Baş məşqçi: Abdullah Avcı

Gürcüstan: Qiorqi Loria, Uça Lobjanidze (Buba Dauşvili 46), Quram Kaşia, Aleksandre Amisulaşvili, Davit Kvirkvelia ( Qiorqi Popxadze 63), Caba Kankava (Caba Lipartia 72), Zurab Xizanişvili, Davit Tarqamadze (Tornike Okriaşvili 65), Sandro Kobaxidze, Nika Qelaşvili (Nika Dzalamidze 89), Lado Dvalişvili (Levan Mcedlişvili 46)

Baş məşqçi: Temur Ketsbaia

Xəbərdarlıq: Ömer Toprak, Levan Mçedlidze

Hakimlər: Markus Hamater; Roland Brander, Kristian Truner (Avstriya)