Gürcüstan-Litva futbol matçı Arçil Tatunaşvilinin xatirəsinin yad edilməsi üçün bir dəqiqəlik sükutla başladı

Gürcüstan-Litva arasındaki dostluq futbol matçı Arçil Tatunaşvilinin xatirəsinin yad edilməsi üçün bir dəqiqəlik sükutla başladı.

Futbolçular bir dəqiqəlik sükutla Sxinvalidə öldürülən əsgərin xatirəsini yad etdilər.

Gürcüstan-Litva futbol komandaları Tbilisidə, Mİxeil Mesxi stadionunda qarşılaşdılar.

Arçil Tatunaşvili bugün Muxatqverdi qardaş qəbristanlığında hərbi şərəflə torpağa verildi.

Dəfn mərasimində ölkənin yüksən vəzifəli şəxsləri iştirak edirdilər.

Arçil Tatunaşvili Gürcüstanın silahlı qüvvələrində xidmət edirdi və beynəlxalq missiyalarda iştirak edirdi.

Sabiq hərbçi 2018-ci ilin fevralın 22-də, işğal edilən Sxinvalidə həbs edildi və onun ertəsi gün öldü.

İşğal edilmiş Sxinvali iqtidarı onun cəsədini ancaq bir aydan sonra, martın 20-də ailəsinə qaytardı.

Ekspertiza nəticəsində məlum oldu ki, sabiq əsgər işgəncə edilərək, öldürülüb.