Gürcüstan ərazilərindəki sulara NATO-nun daimi qüvvədə olan ikinci minaya qarşı birliyi daxil oldu
Gürcüstan ərazilərindəki sulara NATO-nun daimi qüvvədə olan ikinci minaya qarşı birliyi (SNMCMG2) daxil oldu, hansının tərkibində flaqman gəmisi „FGS RHEIN” (Almaniya), gəmilər: “TCG ERDEMLI” (Türkiyə respublikası), “BRG STIBAR” (Bulqaristan), ”ROS DIMITRIE NICOLESCUE” (Rumıniya) və „SPS TURIA” (İspaniya) var.
NATO-nun daimi qüvvədə olan ikinci minaya qarşı birliyinə II ranq kapitanı Frank Maqinski rəhbərlik edir.
Batumi limanında dayanan qonaqları Gürcüstanın Daxili İşlər Nazirliyinin Sərhəd Polis Departamentinin direktoru, I ranq kapitanı Temur Kvantaliani və yerli iqtidar nümayəndələri qarşıladılar.
Gəmilər Batumi limanında noyabrın 5-nə qədər qalacaqlar. Onlar Daxili İşlər Nazirliyinin sahil müdafiyəsi departamenti ilə bərabər müxtəlif təlimlərdə iştirak edəcəklər.
Acara iqtidarının mətbuat xidmətinin dediyinə görə, qeyd olunan tədbirin məqsədi dəniz qüvvələri əməkdaşlığının yüksək səviyyəyə qaldırılmasıdır.