"Gürcü Arzusu" qanun layihəsinin təşəbbüsünü irəli sürüb - Amnistiya hansı cinayətlərə şamil olunacaq
"Gürcü Arzusu" qanun layihəsinin təşəbbüsünü irəli sürüb - Amnistiya hansı cinayətlərə şamil olunacaq

 
“Gürcü Arzusu” humanizm prinsipləri ilə ictimai təhlükəsizliyin qorunması maraqları arasında ədalətli tarazlığa əsaslanan “Amnistiya haqqında” qanun layihəsinin təşəbbüsünü irəli sürüb-bu haqda parlament çoxluğunun üzvü, Gürcüstan Parlamentinin İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri Rati İonatamişvili brifinqdə deyib.

“İctimaiyyətə məlum olduğu kimi, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan Parlamentində illik hesabatı təqdim edərkən bəyan etdi ki, “Gürcü Arzusu” hakimiyyəti məhbusların sayını Avropa standartına yaxınlaşdırmaq məqsədinə xidmət edən “Amnistiya haqqında” qanun layihəsi hazırlayır.

İctimaiyyətin diqqətinə çatdırmaq istəyirəm ki, “Gürcü Arzusu” parlament fraksiyası balanslaşdırılmış “Amnistiya layihəsi”nin təşəbbüsünü irəli sürüb, o, humanizm prinsipləri ilə ictimai təhlükəsizliyin qorunması maraqları arasında ədalətli tarazlığa əsaslanır və eyni zamanda :

Təkrar cinayət risklərini sığortalayır; zərərçəkənin maraqlarını nəzərə alır; beynəlxalq hüquqi standartlara uyğundur; cinayət mühakiməsi siyasətinin prioritetlərinə uyğundur; yenidən sosiallaşma üçün əlverişli şərait yaradır.

Amnistiya 2024-cü ilin iyulun 1-dək törədilmiş bir sıra cinayətlərə şamil ediləcək. Xüsusilə, Gürcüstan Cinayət Məcəlləsinin 66 maddəsi ilə nəzərdə tutulan cinayətə. Bununla belə, adı ilə sadalanan 66 maddədən başqa, təxminən 225 maddəyə 1/6 azalma şamil ediləcək.

Layihə amnistiyanın aşağıdakı formalarını müəyyən edir: məsuliyyətdən və cəzadan tam azad edilmə; cəzanın ½ azaldılması; cəzanın ¼ azaldılması; cəzanın 1/6 azaldılması; və şərti məhkumlar üçün şərti cəzanın bir il azaldılması.

Qeyd edilməlidir ki, amnistiya layihəsi ilə yenilik şəklində 1/6 azalma qaydası nəzərdə tutulub ki, bu da humanizm prinsiplərinə riayət etməklə və zərərçəkmişlərin maraqlarını maksimal şəkildə qorumaqla amnistiyadan faydalananların dairəsini maksimal olaraq genişləndirir.

Amnistiya şamil edilməyəcək: qətl törətdiyinə görə mühakimə olunmuş şəxslərə; narkotik alverçiləri; cinsi cinayətlər; quldurluq; terrorizm; rüşvətxorluq və məmur cinayətləri, oğru dünyası; konvensiya ilə müəyyən edilmiş cinayətlərə; insan alveri və digər ağır və xüsusilə ağır kateqoriyadan olan cinayətlərə.

Ayrıca olaraq qeyd edilməlidir ki, amnistiya şərti məhkumlara xüsusi yanaşma tətbiq edir və şərti cəzanın bir il müddətinə azaldılması 7000-ə yaxın şəxsə şamil olunacaq ki, bu da əvvəlki amnistiya layihələri ilə müqayisədə yenilikdir.

Qanunun qəbul müddətinə gəlincə, onun növbədənkənar sessiyada birinci oxunuşda qəbul edilməsi nəzərdə tutulur.

Burada qeyd etmək istərdim ki, məqsədimiz prosesin əhatəli və şəffaf olmasıdır, müvafiq olaraq payız sessiyası çərçivəsində qanun layihəsi üzərində işlər davam etdiriləcək. Əgər əsaslandırılmış iradlar olarsa, komitə dinləmələri zamanı kiçik dəyişiklikləri paylaşmağa hazırıq.

Son olaraq, fəal iştirakı ilə cari balanslaşdırılmış amnistiya layihəsinin hazırlanmasına görə Daxili İşlər Nazirliyinə, Gürcüstan Prokurorluğuna, Ədliyyə Nazirliyinə və digər dövlət qurumlarına xüsusi təşəkkürümü bildirmək istəyirəm” – Rati İonatamişvili bildirib.