Gürcüstan rəsmi olaraq, şərabın vətəni elan ediləcək
Gürcüstan rəsmi olaraq, şərabın vətəni elan ediləcək

Gürcüstan rəsmi olaraq, şərabın vətəni kimi elan ediləcək. Bu barədə məlumatı Amerikanın elmi jurnalı Science verir.

“Libandan Langedoka (Fransa) doğru düzülən üzüm tənəklərindən şərabın hazırlanmasından çox daha öncə, Gürcüstanda bu sahə artıq mövcud idi. Bu yaxınlarda Gürcüstanda şərab mədəniyyətinin ən qədim nümunələri tapıldı: şərabla dolmuş keramika qırıqları, hansı ki göstərir ki, bu regionda 8000 il öncə şərab hazırlanırdı”, — yazır jurnal.

Və bu tarix 1000 il ilə, rəsmi olaraq, şərabın tarixi kimi bilinən tarixdən artıqdır, — deyirlər Amerikalı və gürcü alimləri birgə keçirdikləri tədqiqatda.

Tbilisidən 50 kilomertlik məsafədə yerləşən iki kənddə keçirilən arxeoloji qazıntılar nəticəsində tapılan keramikalar Gürcüstanda şərab mədəniyyətinin, Avroasiyada ən qədim olduğunu təsdiqləyir.

Şərabın vətəni statusu hazırda Çinə — Xuanxe çayına aiddir, harda ki, bizim eradan 7000 il öncə üzüm şərabçılığının təsdiqləyən nümunələr tapılıb. Oradaki şərab, düyüdən hazırlanan pivə və bal qarışığı ilə hazırlanıbmış.