Quram Macaraşvili - Aqressiya, təhqir hüquqi cavab olmadan dayanmayacaq, çoxluğun qərar verməsinə tab gətirə bilməyən insanlar bizə Avropa dəyərlərindən danışırlar
Azlığın yox, çoxluğun qərar verməsinə tab gətirə bilməyən insanlar bizə Avropa və Avropa dəyərlərindən danışırlar. Buna təbii ki, müvafiq reaksiya veriləcək-bu haqda “Xalqın Gücü” partiyasının üzvü Quram Macaraşvili deyib.
Macaraşvili özünün “Şəffaflıq haqqında qanunun qəbuluna hələ də etiraz edən hər kəs casusluq maddəsi ilə mühakimə olunmalıdır” təşəbbüsünü şərh edib.
“Bu cür aqressiyanın, təhqirlərin dayandırılması üçün dövlətə təkcə hüquq yox, həm də öhdəlik lazımdır. Bu, hüquqi cavab olmadan dayanmayacaq, bu da mütləq başlayacaq. Azlığın yox, çoxluğun qərar verməsinə tab gətirə bilməyən insanlar bizə Avropa və Avropa dəyərlərindən danışırlar. Buna təbii ki, müvafiq reaksiya veriləcək. Xarici maliyyənin ümidinə qalanda və xaricdən maliyyələşən təşkilatın tərəfdarı olanda, həm də bunu etiraf edərək zorakılıq edəndə, bu, öz dövlətinə qarşı başqa dövlətin maraqlarını güdməkdir. Casusluğun izahatı başqa bir şey deyil”– Quram Macaraşvili qeyd edib.