Quram Doçanaşvili vəfat etdi
Quram Doçanaşvili vəfat etdi

Müasir gürcü klasiki, yazıçı Quram Doçanaşvili 82 yaşında vəfat etdi.

Son günlərdə sağlamlıq vəziyyəti ağırlaşan Doçanaşvili “NyuHospital” xəstəxanasında qalırdı.

Quram Doçanaşvilinin ən məşhur əsərləri “Ədəbiyyatı sevən çox kişi”, “Vaterloo və bərpa işləri” və digərləri oxuyucular tərəfindən çox sevilirdi.

Ədəbiyyatın inkişafına etdiyi qatqıya görə, Quram Doçanaşvili “Saba premiyasını” almışdı.

2020-ci ildə isə, Doçanaşviliyə fəxri vətəndaş statusu verilmişdi.