Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

Qar və çovğunla əlaqədar beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir-bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin məlumatında deyilir.

“Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Qudauri (Posta)-Kobi hissəsində nəqliyyatın hərəkəti dayanmadan, yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək. Hərəkət qeyd olunan rejimdə patrul polisinin bilavasitə nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək” – məlumatda qeyd olunur.