Qoqa Barbakadze - Beso Zanquri ilə bağlı Rustaveli Teatrı hüquqi olaraq, əlindən gələni etdi, əgər bu adamın suçu təsdiqlənsə, teatr daha sərt qərarlar verəcək
Qoqa Barbakadze - Beso Zanquri ilə bağlı Rustaveli Teatrı hüquqi olaraq, əlindən gələni etdi, əgər bu adamın suçu təsdiqlənsə, teatr daha sərt qərarlar verəcək

Beso Zanquri ilə bağlı Rustaveli Teatrı hüquqi olaraq, əlindən gələni etdi, əgər bu adamın suçu təsdiqlənsə, teatr daha sərt qərarlar verəcək – bu barədə bəyanatı aktyor Qoqa Barbakadze Rustaveli teatrının yanında, “Gildia” təşkilatı tərəfindən keçirilən aksiyada verdi.

Onun dediyinə görə, Rustaveli teatrının aktyorlarını qəzəbləndirən şey, teatrın rəhbəri Robert Sturuaya qarşı yönəldilən aqressiya oldu.

“Elə danışırlar, güya Beso Zanquriyi ailə zorakılığına təşviq edən Robert Sturua idi. Beso Zanquri teatrın bütün spektakllarından çıxardıldı, bunu anlayın. Əgər istintaq nəticəsində onun suçu təsdiqlənsə, teatr daha sərt qərarlar verəcək. İki dəfə iki dörtdür”, – dedi Qoqa Barbakadze.

Onun dediyinə görə, aktoyrlar və bütün teatr Ninutsa Makaşviliyə həmrəydirlər və hər növ zorakılığa qarşıdırlar.