Giorgi Vaşadze -  bu işi sonuna qədər aparan fəaliyyat planımız olacaq
Giorgi Vaşadze - bu işi sonuna qədər aparan fəaliyyat planımız olacaq

Bu işi sonuna qədər aparan fəaliyyat planımız olacaq, – bu barədə “Yeni Gürcüstan” partiyasının lideri, Giorgi Vaşadze bu gün Parlamentin qarşısında planlaşdırılan aksiya ilə bağlı bəyan etdi.

“Bizim birliyimizin qarşısında heç bir şey dura bilməz, biz bu prossesi izləyirdik, tamamilə səmimi olaraq övladları qətlə yetirilmiş ataların yanında dururduq və dururuq.

Şəxsən mə və biz, hakimiyyətə bu insanların sıxışdırılmasına imkan verməyəcəyik. Bu gündən bu mübarizə, bütün Gürcüstan miqyası ilə başlayır. Birləşirik ki, bu hakimiyyət və bu cinayətkar rejim sona çatsın.

Gürcüstanın inkişafın möhtəşəm perspektivi var və bu perspektiv bu gün Rustavelidən keçir. Məhz elə bu gündən qərar verməliyik – nə istəyirik.

Mən bu iki insana təşəkkürümü bildirmək istəyirəm, onlar öz ağrılarını bütün Gürcüstana bildirdilər və milləti oyatdılar. Millət birgə durur və bizim birliyimizə heç kim qarşı çıxa bilməz. Bu işi sonuna qədər aparan fəaliyyat planımız olacaq”, –  Giorgi Vaşadze bəyan etdi.

Rustaveli prospektində, Parlamentin qarşısında #არმომკლა (öldürmə) keçirilən aksiyasında məsləhətləşmələr zamanı, fəaliyyət planı ilə bağlı qarşıdurma baş verdi. Bundan sonra Zviad Kuprava aksiyadan Rustavelidə yerləşən Milli-Demokratik Partiyasının ofisinə getdi və müxalif partiyalarını gəlməyə çağırdı. MDP-nin ofisinə “Vahid Milli Hərəkat”, “Milli-Demokratik Partiyası”, “Dövlət Xalq Üçün”-nün liderləri getdilər. Onlar hakimiyyətə qarşı aksiyanı elan etdilər. Bu gün saat 18:00-da Parlament qarşısında informasiya mitinqi keçiriləcək. Burada onlar fəaliyyət planı barəsində söhbət edəcəklər.