Giorgi Qvimradze - Qeyri-gürcü əhali üçün, onun başa düşdüyü dildə məlumat yaymaq, İctimai Yayımçının əsas prioritetidir
Giorgi Qvimradze - Qeyri-gürcü əhali üçün, onun başa düşdüyü dildə məlumat yaymaq, İctimai Yayımçının əsas prioritetidir

İctimayi Yayımçı, Samstsxe-Cavaxeti əhalisinə onun üçün başa düşülən bir dildə xəbərlər izləmək imkanı yaradır.

Rəqəmli yayıma keçəndən sonra, Axalkalaki və Ninotsminda əhalisi paneldə dil dəyişdirərək, saat 18:00 və 21:00-də yayımlanan Moambeyi sinxron tərcümə ilə dinləyə biləcək.

İctimai Yayımçının Xəbərlər Blokunun rəhbəri Giorgi Qvimradze bugün Ninotsmindada keçirilən görüşdə bəyan etdi ki, qeyri-gürcü əhaliyə onların dilində məlumat çatdırmaq Birinci Kanalın əsas prioritetidir.

Qvimradzenin dediyinə görə, İctimai yayımçının prioritetlərindən irəli gələrək, veb-portal 1tv.ge əhali üçün daha əlyetərli oldu, hansında ki, 7 dildə xəbər yayılacaq.

“Əhalinin artıq rəqəmli yayım vasitəsi ilə, “Moambe”-yi sinxron tərcümə ilə izləmək imkanı var və bu layihə artıq iki ildir davam edir. İndi isə, veb-platforma hazırlandı, hansı ki, 7 dildə məlumat təqdim edəcək” – dedi Qvimradze.