Giorgi Kvirikaşvili - Mənim üçün qəbil edilməzdir ki, mənim komandamı təhqir edirlər və məni tərifləyirlər
Mənim üçün qəbil edilməzdir ki, mənim komandamı təhqir edirlər və məni tərifləyirlər. Mənə bu cür tərifləmə lazım deyil, öz sözlərini geri götürsün, – Giorgi Kvirikaşvili Giya Qaçeçiladzenin, “Utsnobinin” ittihamlarına bu cür cavab verdi. Onun dediyinə, Tariyel Xeçikaşvili layiqli insandır və o, heç bir zaman öz dövlət və biznes fəaliyyətini bir biri ilə qarışdırmayıb.

“Öz nazirliyi dövründə çox iş gördü. İdman federasiyalarında sonsuz münaqişələrə son qoydu, gənclər üçün bir çox maraqlı proqramlara başladı. Mənim üçün qəbil edilməzdir ki, mənim komandamı təhqir edirlər və məni tərifləyirlər. Mənə bu cür tərifləmə lazım deyil, öz sözlərini geri götürsün”, – Giorgi Kvirikaşvili bəyan etdi.

Giya Qaçeçiladze məhkəməyə müraciət edə bilər və hökumətin günahkarlığı təsdiq olunarsa, vəzifəmdən getməyə hazıram, yoxsa da Giya Qaçeçiladze çıxsın və hamıdan, o cümlədən məndən və Tariyel Xeçikaşvilidən üzr istəsin, – Giorgi Kvirikaşvili Giya Qaçeçiladzenin, “Utsnobinin” ittihamlarına bu cür cavab verdi.

“O, məhkəməyə müraciət edə bilər və hökumətin günahkarlığı təsdiq olunarsa, vəzifəmdən getməyə hazıram, yoxsa da Giya Qaçeçiladze çıxsın və hamıdan, o cümlədən məndən və Tariyel Xeçikaşvilidən üzr istəsin”, – baş nazir bəyan etdi.

Onun dediyinə görə, sözügedən tender ilə əlaqədar qanun tam olaraq müdafiə olunmuşdur.

“Onun dünənki çıxışı ilə tanış oldum. Dünən gördüyüm və dinlədiyi təəssüflər doğurdu. O, tamamilə əsassız şəkildə, rəhbəri də mən olan komandanı təhqir etdi. Biz birlikdə mübarizə aparırdıq, o cümlədən Giya da. Ondan bu cür təhqiri gözləmirdim”, – baş nazir bəyan etdi.

Giya Qaçeçiladze dünən keçirilən brifinqdə dövlət satınalmaların ədalətsiz şərtlərindən söhbət etdi.