Giorgi Kvirikaşvili - Əminəm ki, 2018-ci ildə Gürcüstanda turistlərin sayı 8 milyonu aşacaq
Giorgi Kvirikaşvili - Əminəm ki, 2018-ci ildə Gürcüstanda turistlərin sayı 8 milyonu aşacaq

“Turizm həqiqətən ölkə iqtisadiyyatımızın önəmli lokomotivinə döndü, – bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili “Moks” mehmanxanasında turizm administrasiyasının 2017-ci ilin təqdimatında verdi.

Giorgi Kvirikaşvilinin qeyd etdiyinə görə, turizm sahəsi bütün industriyalar üçün önəmlidir, çünki turizmdən alınan gəlir birbaşa vətəndaşların iqtisadi durumunda əks olunur.

Baş nazirin dediyinə görə, iqtidarın 4 maddəli planının əsas istiqamətlərindən biri məkan inkişafıdır və hər dörd istiqamət bir-biri ilə sıx harmoniyadadır.

“Ölkəmiz turizm sahəsində keyfiyyətin inkişafına və təhlükəsizlik komponentinə daha böyük diqqət yetirəcək ki, bu ölkəmiz üçün çox əhəmiyyətlidir” – dedi Kvirikaşvili.