Giorgi Ğibradze - Vaksinasia prosesinin daha sürətli templə davam etdirilməsi üçün, baş nazirin tapşırığı ilə, Səhiyyə Naziri Vaksinasiya planını təqdim etdi
Giorgi Ğibradze - Vaksinasia prosesinin daha sürətli templə davam etdirilməsi üçün, baş nazirin tapşırığı ilə, Səhiyyə Naziri Vaksinasiya planını təqdim etdi

İdarələrarası Koordinasiya Şurasının bugünki iclasında Səhiyyə Naziri Ekaterine Tikaradze, baş nazirin tapşırığı ilə hazırlanan vaksinasiya planını təqdim etdi.

“Plana əsasən, vaksinasiyaya qoşulan prioritetli qruplar mərhələ şəklində böyüdüləcək ki, vaksinasiya prosesi daha sürətli templərlə davam etsin”, – bu haqda məlumatı Koordinasiya Şurasının nəzdində mövcud olan operativ qərargahın rəhbəri Giorgi Ğibradze, iqtidar administrasiyasında keçirilən brifinqdə verdi.

Onun dediyinə görə, yaxın gələcəkdə, Gürcüstan vaksinaların əlavə dozasını alacaq.

“İdarələrarası koordinasiya şurasının bu günki iclasında Səhiyyə naziri Ekaterine Tikaradze, baş nazirin tapşırığı ilə hazırlanan vaksinasiya planını təqdim etdi. Məlum olduğu kimi, baş nazirin iştirakı ilə müvafiq təşkilatlarla intensiv danışıqlar aparılır və yaxın gələcəkdə ölkə vaksinaların əlavə dozasını alacaq.  Şura iclasında diqqət epid-vəziyyətin ağırlaşması tendensiyasına da yetirldi və requlyasiyaların ciddiyyətlə yerinə yetirilməsinin zərurəti vuruğulandı ki, gələcəkdə yeni məhdudiyyətlərə ehtiyyac qalmasın”, – dedi Ğibradze.