Giorgi Qaxaria Türkiyədə zəlzələ nəticəsində həlak olanların ailələrinə baş sağlığı verdi
Gürcüstanın baş naziri Giorgi Qaxaria Türkiyədə baş verən zəlzələdə həlak olanların ailələrinə baş sağlığı verdi və Türkiyə ilə həmrəy olduğunu bildirdi.
“Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində zərər görənlərin ailələrinə baş sağlığı diləyirəm və onlarla həmrəy olduğumu bildirmək istəyirəm. Bu ağır dəqiqələrdə Gürcüstan Türkiyənin yanındadır” – yazır Giorgi Qaxaria öz “Tvitter” səhifəsində.
Türkiyədə güclü zəlzələ dünən axşam saatlarında baş verdi.
Zəlzələnin episentri ölkənin şərq hissəsində, Əlazığ əyalətində qeydə alındı.
Zəlzələnin gücü 6,8 maqnituda idi və 10 dəfə təkrarlandı.
Zəlzələ nəticəsində, 22 nəfər həlak oldu.