Giorgi Qaxaria - Ölkənin dəstəkçiləri sayəsində pandemiya şərtlərində belə, insan hüquqlarının qorunması standartlarını qoruya bildik
Giorgi Qaxaria - Ölkənin dəstəkçiləri sayəsində pandemiya şərtlərində belə, insan hüquqlarının qorunması standartlarını qoruya bildik

Son illərdə ölkəmiz insan hüquqları istiqamətində, necə qanunvericilik, eləcədə praktiki səviyyədə bir çox önəmli addım atdı, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria, insan hüquqlarının qorunmasının beynəlxalq günü ilə bağlı verdi.

Dövlət başçısı Gürcüstanın bütün dəstəkçilərinə təşəkkür etdi və bəyan etdi ki, onlar sayəsində, ölkə pandemiya şərtlərində insan hüquqlarının müdafiyəsi standartlarını qoruya bildi və yeni çağırışlarla mübarizəyə davam edir.

“Bugün insan hüquqlarının müdafiyəsi günüdür və bu gündə ölkəmizin dəstəkçilərinə təşəkkür etmək istəyirəm, onarın sayəsində pandemiya şərtlərində belə, insan hüquqlarının qorunması standartlarını qoruya bildik və yeni çağırışlarla mübarizəyə davam edirik.

Son illərdə ölkəmiz insan hüquqları istiqamətində, necə qanunvericilik, eləcədə praktiki səviyyədə bir çox önəmli addım atdı. İnanıram ki, birgə səylərimizlə insan hüquqlarının əsas mexanizmlərini gücləndirib, möhkəm institusiya zəminini yarada biləcəyik” – dedi baş nazir.

Bu haqda məlumatı baş nazirin mətbuat xidməti yayır.