Qiorqi Amilaxvari - 2024-cü ildən məktəb administrasiyasına 10% maaş artımı tətbiq olunacaq, texniki işçilərin maaşı isə 10%-dən 50%-ə yüksələcək
Qiorqi Amilaxvari - 2024-cü ildən məktəb administrasiyasına 10% maaş artımı tətbiq olunacaq, texniki işçilərin maaşı isə 10%-dən 50%-ə yüksələcək

2024-cü ildən məktəb administrasiyasına 10% maaş artımı tətbiq olunacaq, texniki işçilərin maaşı isə 10%-dən 50%-ə yüksələcək – Gürcüstanın təhsil və elm naziri Qiorqi Amilaxvari bildirib.

Hazırkı ümumi təhsil islahatının təqdimatında nazir bir daha müəllimlərin maaşlarının artırılmasından danışıb.

Onun sözlərinə görə, 2024-cü il üçün təhsil büdcəsi 2 milyard 508 milyon lari müəyyən edilib.

“160 milyon müəllimlərin maaşlarının artırılmasına yönəldiləcək. O cümlədən, 2024-cü ilin iyulun 1-dən tam dərs yükü şəraitində statusundan asılı olmayaraq müəllimlərin əmək haqqı orta hesabla 500 lari və daha çox artacaq. Orta hesabla əmək haqqının 500 lari və daha çox artırılması müəllim korpusunun 70%-nə təsir edəcək. Qeyd edək ki, 2024-cü ildən məktəb administrasiyasına 10% maaş artımı tətbiq olunacaq, texniki işçilərin maaşı isə 10%-dən 50%-ə yüksələcək”- Qiorqi Amilaxvari bildirib.