Qeydə alınan iki yeni haldan bir pasiyentin vəziyyəti ağırdır, hazırda onun infeksiyaya yoluxduğu mənbə axtarılır
Tbilisinin İnfeksiya Xəstəxanasının direktoru Marina Ezuqbaianın bəyanatına görə, koronavirusla xəstələnən, dünən gətirilən pasiyentlərdən birinin vəziyyəti ağırdır.
Marina Ezuqbaianın dediyinə görə, qadının infeksiayaya harda yoluxduğu hələlik dəqiq məlum deyil, ancaq iş fəaliyyəti ilə bağlı, onun xaricilərlə ünsiyyətdə olduğu bildirilir.
“Hazırda vəziyyəti pis olan pasiyentimizin infeksiaya yoluxmasının mənbəyi axtarılır və tez zamanda tapılacaq. Qadın dünənə qədər, xəstəliyinə görə evində izolyasiada idi” – dedi Marina Ezuqbaia.