Qanun layihəsinə əsasən, itin açıq havada xaltasız və ağızlıq olmadan gəzdirilməsinə görə cərimə 20-dən 150 lariyə qədər artırılır
Qanun layihəsinə əsasən, itin açıq havada xaltasız və ağızlıq olmadan gəzdirilməsinə görə cərimə 20-dən 150 lariyə qədər artırılır

 

İtin açıq havada- bulvar, park və meydanlarda xaltasız və ağızlıq olmadan gəzdirilməsinə görə cərimələr artır. Müvafiq dəyişikliklər parlament çoxluğunun üzvləri tərəfindən hazırlanıb.

Qanun layihəsinə əsasən, itin şəhər bulvarında, parkda və ya meydanda xaltasız və ağızlıq olmadan gəzdirilməsi xəbərdarlıq və ya 20 lari cərimə əvəzinə 150 ​​lari cərimələnmə ilə müşaiyət olunacaq.

Layihəyə əsasən, eyni əməlin il ərzində təkrar törədildiyi təqdirdə vətəndaş 300 lari (50 lari əvəzinə) məbləğində cərimə olunacaq.

Bununla yanaşı, dəyişikliklərə əsasən, özünüidarəetmə orqanının müəyyən etdiyi qaydaları pozmaqla, xırda və iri buynuzlu mal-qaranın nəzarət altında və ya nəzarətsiz olması sahibinin 20 lari əvəzinə, 50 lari məbləğində cərimələnməsi ilə müşiayət olunacaq. Bulvarda, parkda, meydanda və ya çimərlikdə xırda və ya iri buynuzlu mal-qaranın nəzarət altında və ya nəzarətsiz şəkildə olması sahibinin indi tətbiq olunan 50 lari əvəzinə, 100 lari həcmində cərimələnməsi ilə nəticələnəcək.