Fransanın təhlükəsizlik xidmətləri Paris Olimpiadası zamanı hücumlar hazırlamaqda şübhəli bilinən kişiyi saxladılar
Fransanın təhlükəsizlik xidmətləri Paris Olimpiadası zamanı hücumlar hazırlamaqda şübhəli bilinən kişiyi saxladılar

Fransanın təhlükəsizlik xidmətləri Paris Olimpiadası zamanı hücumlar hazırlamaqda şübhəli bilinən kişiyi saxladılar.

Qeyd olunanla bağlı məlumatı “Reuters” agentliyi yayır.

“Olimpiada oyunları zamanı zorakılıq hərəkət hazırlamaqda şübhəli bilinən ifrat sağçıların bir üzvünü saxlayan Daxili İşlər Nazirliyinin agentlərinə halal olsun. Biz fransız xalqının təhlükəsizliyi üçün davamlı mübarizəni davam etdirəcəyik”, – deyə Fransanın daxili işlər naziri Cerald Darmanin bildirdi.