Fransada Ruan şəhərində qədim qotik məbədi yanır
Fransada Ruan şəhərində qədim qotik məbədi yanır

 
Fransada Ruan şəhərində qədim qotik məbədi yanır. Fransa mediasının məlumatında, alovun məbədin damına da keçdiyi deyilir.

Hadisə şahidlərinin sözlərinə görə, qara tüstü demək olar ki, məbədi tamamilə əhatə edir. Bu mərhələdə yanğına nəyin səbəb olduğu bilinmir.

Hadisə yerinə yanğınsöndürənlər və fövqəladə hallar xidmətləri səfərbər olunub. Onlar məbədin ətraf perimetrini bağlayıblar. Yerli meriyadan verilən məlumata görə, Ruan Məbədində bərpa işləri aparılırdı.

Ruan Məryəm ana məbədi Fransanın milli sərvətləri siyahısına daxildir.