Fransada gürcü şərabının mədəniyyəti ilə tanış oldular
Fransada gürcü şərabının mədəniyyəti ilə tanış oldular

Fransanın bir neçə şəhərində şərab profesionalları, medya və biznes nümayəndələri gürcü şərabının mədəniyyəti ilə tanış oldular.

Milli Şərab Agentliyinin dəstəyi ilə, qvevri şərabının istehsalçıları təbii şərab sərgilərində iştirak etdilər. Sərgilər Anje şəhərində Les Penitentes-də və Somur şəhərində La Dive Boutteille-də keçirlildi.

La Dive Boutteille Fransanın ən məşhur şərabçılarının iştirak etdiyi ən böyük təbii şərab sərgisidir. Sərgiyə tez-tez müxtəlif ölkələrin şərab idxalçıları da qonaq olurlar.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu il gürcü şərabının stendini məşhur şərab mütəxəssisi və beynəlxalq maqistr İzabel Lejeron ziyarət etdi.