Fransada fiber-optik kabelə qarşı geniş miqyaslı təxribat həyata keçirilib, ölkənin 101 vilayətindən altısına internet fasilələrlə verilir
Fransada fiber-optik kabelə qarşı geniş miqyaslı təxribat həyata keçirilib, ölkənin 101 vilayətindən altısına internet fasilələrlə verilir

 
Fransada fiber-optik kabelə qarşı geniş miqyaslı təxribat həyata keçirilib. Məlumatı “Politico” yayır.

“Netalis” internet provayder şirkətində bildirdikləri üzrə, təxribat gecə saat 02:15-də baş verib. Nəticədə bir neçə operator şirkətə ziyan dəyib və problem yaxın bir neçə saat ərzində aradan qaldırılacaq.

Bununla yanaşı, “Politico”nun məlumatına əsasən, ölkənin 101 vilayətindən altısı zərər çəkib, lakin Olimpiya Oyunlarının keçirildiyi Paris onların arasında deyil. Sözügedən 6 vilayətə internet fasilələrlə verilir.