Fransa İrandakı vətəndaşlarını dərhal İslam Respublikasını tərk etməyə çağırır
Fransa İrandakı vətəndaşlarını dərhal İslam Respublikasını tərk etməyə çağırır

Fransa Xarici İşlər Nazirliyi İrandakı vətəndaşlarını dərhal İslam Respublikasını tərk etməyə çağırıb. Buna səbəb İsrail və İran arasında hərbi eskalasiya riskinin artmasıdır.

Fransa Xarici İşlər Nazirliyi bütün ölkənin “qırmızı” zonada olduğunu bildirir.

Ona görə də Fransa vətəndaşlarına hər hansı səbəbdən İrana səfərdən, orada olanlara isə hər cür nümayişlərdə iştirakdan çəkinməyi rəsmi şəkildə tövsiyə edirik”. – Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə Tehranda öldürüldükdən sonra regionda vəziyyət xüsusilə gərginləşib.